İnamın gücü

İngiltərədə aparılan araşdırmada bir qrup şagirdə intellekt səviyyələrini ölçmək üçün test tətbiq etdilər. Test nəticəində intellekt səviyyəsi yuxarı olanlardan bir sinif, intellekt səviyyəsi aşağı olanllardan isə başqa bir sinif təşkil etdilər. Sonra intellekt səviyyəsi aşağı olan sinfə testin nəticəsinə görə yuxarı intellektə sahib olduqlarını, buna görə də çətin dərslər keçəcəklərini, intellekt səviyyəsi yuxarı olan sinfə isə testin nəticəsinə görə aşağı intellektə sahib olduqlarını və buna görə də asan dərslər keçəcəklərini dedilər. Ilin sonunda isə hər iki sinif üçün ortaq bir imtahan təşkil etdilər və nə qədər qəribə olsa da, intellekt səviyyəsi aşağı olanlar daha yüksək nəticə göstərdikləri halda, intellekt səviyyəsi yuxarı olanlar daha aşağı nəticə göstərdilər. Buradan çıxan nəticə isə budur: intellekt səviyyəsi aşağı olanlar yuxarı intellektə sahib olduqlarına inandıqları üçün uğur qazandılar, intellekt səviyyəsi yuxarı olanlar isə aşağı intellektə sahib olduqlarına inandıqları üçün uğursuzluğa məruz qaldılar. Elə isə bəs siz hansına inanırsınız? Unutmayın ki “siz nəyə inanırsınızsa, osunuz” (Anton Çexov)
You may also like

