Sadıqova Ayşən
- Posted by 1gqti
- Categories Uncategorized
- Date İyul 23, 2022
- Comments 0 comment

Müəllimlik qürur duyulacaq müqəddəs bir peşədir“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.Ümummilli lider Heydər ƏliyevHər birimizin ürəyində müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir. Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmişdir. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb.O, deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".“Rahat təhsil” onlayın platformasında sənətinə ürəkdən bağlı olan müəllimlər tədris etdikləri fənnləri sevgi və məhəbbətlə azərbaycanlı balalara çatdırmaq istəyirlər. Riyyaziyat müəllimimiz Sadıqova Ayşən Bayram qızı, müəllimlik peşəsindən böyük sevgi ilə söz açaraq deyir:-Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Mən də “Rahat Təhsil” onlayın təhsil platformasinda çalışmağımdan qürur duyuram, bu platformaya qoşulan şagirdlərə riyaziyyatı öyrədə biləcəyəmsə fəxr edərəm, müəllim olmağımla qürur duyaram.1994-cü il dekabrın 5-i, Beyləqan rayonu Kəbirli kəndində anadan olmuşam. 2001-ci ildə həmin kənddəki 2 saylı tam orta məktəbdə təhsil almışam, oxuduğum illərdə məktəbin ən fəal şagirdlərindən olmuşam. Dərslərə hazılaşarkən bu günün dərsi ilə bərabər növbəti dərsədə hazırlaşmaq məndə bir adət halı idi, bu xüsusiyyətim hər zaman müəllimlərimi heyran edirdi. Qonşu uşaqlarına riyaziyyat fəninin sirlərini öyrətməklə, demə həm də özümü bir riyaziyyat müəllimi kimi yetişdirirmişəm. Ali məktəbə sənəd vermək zamanı gələndə mənə “hansı peşəni seçmək istəyirsən?” sual verilərkən mən çox böyük fəxrlə “Riyaziyyat müəllimi olacağam” dedim və 2012-ci ildə Azərbaycan Dövlət Pedoqoji Unversitetinin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisasına daxil oldum. İndi də peşman deyiləm.Qürur duyuram ki, mən riyaziyyat müəllimiyəm.
You may also like
Qurbanova Zülfinaz
23 İyul, 2022
“Təhsil millətin gələcəyidir” deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə böyük diqqət yetirmiş və ona qayğı göstərmişdir. Hazırda dahi liderin təhsillə bağlı siyasəti cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir. Müəlllimin …
Hacıyeva Gülçöhrə
23 İyul, 2022
Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə çoxlu dəyişikliklər, islahatlar gedir. inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir. İndi hər birimiz bilirik …
